Qusarda meşə idarəsinin sabiq müdir müavini intihar edib

Qusar şəhərində intihar hadisəsi baş verib.

Leqal.info-nun "Report"a istinadən məlumatına görə, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.

M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib.скачать dle 10.6фильмы бесплатно
4-11-2018, 11:18
Baxıs: 38 348
Reyting: