Seninem.Az > Kriminal / Manşet Yuxarı > Qusarda meşə idarəsinin sabiq müdir müavini intihar edib
Qusarda meşə idarəsinin sabiq müdir müavini intihar edibTarix: 4-11-2018, 11:18. Müəllif: admin |
|
Qusar şəhərində intihar hadisəsi baş verib. Leqal.info-nun "Report"a istinadən məlumatına görə, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb. M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub. Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib. Geri Qayıt |