Ana və 2 oğlu öldü, gəlin komadadır

Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb. Qəzaya səbəb “Mercedes-Benz” minik avtomobili ilə “Hyundai” markalı yük furqonu və “İveco” yük maşınının toqquşması olub.

Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları İradə Quliyeva İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır.скачать dle 10.6фильмы бесплатно
25-09-2018, 10:15
Baxıs: 27 358
Reyting: