Bakıda “Niva” markalı avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib. APA-nın xəbərinə görə, ölən piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur. Hadisə paytaxtın N.Nərimanov küçəsində baş verib.
**** 21.06
Bakıda avtomobil piyadanı vurub öldürüb. APA-nın xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb. N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Niva” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.