Bakıda zavodda partlayış olub, xəsarət alan olmayıb

Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

**** 20.11

Bakıda Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma" zavodu ərazisində partlayış baş verib.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, partlayış yanğınla müşahidə olunub.

Hadisə zavod ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.

Partlayış səsi ətraf ərazilərdən eşidilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananların olması barədə ilkin məlumat yoxdur.
Bakıda zavodda partlayış olub, xəsarət alan olmayıb
Bakıda zavodda partlayış olub, xəsarət alan olmayıb скачать dle 10.6фильмы бесплатно
6-02-2018, 20:55
Baxıs: 19 152
Reyting: