Rusiyada hərbi poliqonda partlayış baş verib,
Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb.
Leqal.info APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb. Hadisə hədəf sahələrinin partlamamış sursatlardan təmizlənməsi zamanı baş verib. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































