Şəmkirdə qatar gənc oğlanın üstündən keçib
Şəmkirdə sərnişin qatarı gənc oğlanı vuraraq öldürüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax sərnişin qatarı rayonun Zəyəm kəndi ərazisində Sabirkənd kənd sakini, 1998-ci il təvəllüdlü Eyyubov Malik Duman oğlunu vurub. Gənc aldığı xəsarətdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Leqal.info |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































