Seninem.Az > Kriminal > Şəmkirdə qatar gənc oğlanın üstündən keçib
Şəmkirdə qatar gənc oğlanın üstündən keçibTarix: 29-08-2017, 12:13. Müəllif: admin |
Şəmkirdə sərnişin qatarı gənc oğlanı vuraraq öldürüb. APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax sərnişin qatarı rayonun Zəyəm kəndi ərazisində Sabirkənd kənd sakini, 1998-ci il təvəllüdlü Eyyubov Malik Duman oğlunu vurub. Gənc aldığı xəsarətdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Leqal.info Geri Qayıt |