Hacıqabulda AĞIR QƏZA: Ölən və yaralanan var

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bakı sakini, 1996-cı il təvəllüdlü İlkin Vəfadar oğlu Xələfovun idarə etdiyi VAZ-2107 markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin ölüb, sürücü isə ağır vəziyyətdə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
28-08-2023, 10:58
Baxıs: 129
Reyting: