Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Hacıqabulda AĞIR QƏZA: Ölən və yaralanan var
Hacıqabulda AĞIR QƏZA: Ölən və yaralanan varTarix: 28-08-2023, 10:58. Müəllif: admin2 |
|
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb. Bakı sakini, 1996-cı il təvəllüdlü İlkin Vəfadar oğlu Xələfovun idarə etdiyi VAZ-2107 markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin ölüb, sürücü isə ağır vəziyyətdə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Geri Qayıt |