Təmir sexində partlayış - Usta öldü
Bərdə rayon sakini sexdə təmir etdiyi təkərin partlaması nəticəsində ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə avqustun 1-i saat 18 radələrində baş verib. 1982-ci il təvəllüdlü Samir Hümbətovun özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






