Bakıda məşhur şirkətdə təmir işləri aparan usta partlayış nəticəsində ölüb
Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan Leqal.info-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayonun Bakıxanov qəsəbəsi ünvanda yerləşən “Baku Elektronics” elektrik avadanlıqlar dükana məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir. |
XƏBƏR LENTİ
27-01-2023, 15:17
27-01-2023, 14:58
27-01-2023, 11:44
27-01-2023, 11:35
27-01-2023, 11:27
27-01-2023, 09:43
27-01-2023, 09:33
27-01-2023, 09:25
27-01-2023, 09:17
27-01-2023, 08:54