Paytaxtda mağazaya silahlı basqın edildi

Paytaxtda mağazaya silahlı basqın edildi

Bakıda mağazaya silahlı basqın edilib.

Hadisə yanvarın 22-si saat 20 radələrində paytaxtın Xətai rayonu, X.Rüstəmov küçəsi, 23 saylı ünvanda yerləşən mağazada qeydə alınıb.

Belə ki, şəxsiyyəti istintaqla məlum olmayan şəxs obyektə müştəri qismində daxil olub. Daha sonra o, mağazada satıcı işləyən İsmayılova Gülçöhrə Səxavət qızına həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, onu silah qismində istifadə etdiyi bıçaqla vuracağı ilə hədələyib. Həmin şəxs içərisində 160 manat məbləğində pul olan 25 manat dəyərində çantanı və kassada olan 30 manat məbləğində pulu götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

скачать dle 10.6фильмы бесплатно
24-01-2023, 10:26
Baxıs: 93
Reyting: