Bakıda dəhşətli cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda dəhşətli cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda kirayədə yaşayan qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.
Aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
14-11-2022, 11:27
Baxıs: 288
Reyting: