Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Bakıda dəhşətli cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda dəhşətli cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanıldı


Tarix: 14-11-2022, 11:27. Müəllif: admin2
Bakıda dəhşətli cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda kirayədə yaşayan qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.
Aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt