Şirvanda özünü yandıran qazi əvvələr ağır cinayətlər törədib – Adam oğurluğu…

Şirvanda özünü yandıran qazi əvvələr ağır cinayətlər törədib – Adam oğurluğu…

Şirvan şəhərində yol polisi əməkdaşları tərəfindən sürücülük hüququ və etibarnamə olmadan avtomobil idarə edən şəxsin özü və qardaşı ilə bağlı yeni məlumatlar daxil olub. 

Qanunsuz avtomobil idarə edən, CM-nin 234-cü vǝ 234.4.3-cü  (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1986-cı il təvəllüdlü, Elvin Abdiyevin Şirvan şəhərində hərəkətləri ilə bağlı rayon sakinlərinin çoxsaylı şikayətləri olub. Xəbərdarlıqlara və şikayətlərə baxmayaraq qardaşlar qanunsuz əməllərini davam etdiriblər. 

O da məlum olub ki, E.Abdiyevin qardaşı, əvəllər Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə məhkum olunmuş, 2020-ci ildə vətən müharibəsi iştirakçısı olmuş, 1990-cı il təvəllüdlü, Elmir Abdiyev polisin qanuni tələblərinə məhəl qoymadan özünü yandırıb.

Manset.azскачать dle 10.6фильмы бесплатно
19-09-2022, 10:18
Baxıs: 334
Reyting: