Bakıda məşhur iş adamının meyiti TAPILDI - YENİLƏNDİ

Bakıda məşhur iş adamının meyiti TAPILDI - YENİLƏNDİ

“Şəxs indi ölməyib, hadisə iyulun 24-də baş verib”.

Bunu  açıqlamasında  Baş Prokurorluğunun  Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

O, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığını diqqətə çatdırıb:

“Yasamal rayonu, Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən “Kiğılı” geyim mağazasının əməkdaşı olduğu dəqiqdir. Anbar otağında tapılıb, hazırda ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticəsi isə 20 günə müəyyənləşəcək”.

 09:47

“Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır”.

Bunu  Kiğılı” geyim mağazasından bildiriblər.

“Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin “Kiğılı” ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik”, - deyə məlumatda qeyd olunub.

Oxu.Az

09:10

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdirinin anbarda meyiti tapılıb.

Hadisə bir neçə gün əvvəl Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 566-cı məhəllə ünvanında yerləşən “Kiğılı” geyim mağazasında qeydə alınıb. Belə ki, “Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.

Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.

Qafqazinfoскачать dle 10.6фильмы бесплатно
3-08-2022, 11:44
Baxıs: 344
Reyting: