Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb
Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 2002-ci il təvəllüdlü Abbasov Pərviz İsa oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. *** 20:35 Gədəbəydə bir nəfər göldə batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gədəbəy rayonu, Şınıx kəndində 1 nəfərin göldə batması barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək. Leqal.info |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































