Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olunub
Aprelin 22-də Qubadlı rayonunun Teymur Müskanlı kəndində minaya düşən şəxsin ayağı amputasiya olunub.
"Leqal.info"nun məlumatına görə, ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibov Bəybala Cəbrayıl oğlu Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb. Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır. Qeyd edək ki, B.Nəsibov Qubadlıda avtomobil yolunun tikintisində çalışırmış. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb. Faktla bağlı Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır. |
XƏBƏR LENTİ
Bu gün, 08:46
Bu gün, 08:45
Bu gün, 08:43
Bu gün, 08:30
Bu gün, 08:23




































