Bakıda evdən uşaq oğurlanıb
Bakıda azyaşlı uşaq oğurlanıb.
Leqal.info-nun məlumatına görə, hadisə dekabrın 29-da Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində yerləşən evlərdən birində 2019-cu il təvəllüdlü oğlan uşağının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Hazırda daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






