Seninem.Az > Kriminal / Manşet Yuxarı > Bakıda evdən uşaq oğurlanıb

Bakıda evdən uşaq oğurlanıb


Tarix: 30-12-2021, 16:10. Müəllif: admin
Bakıda azyaşlı uşaq oğurlanıb.

Leqal.info-nun məlumatına görə, hadisə dekabrın 29-da Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində yerləşən evlərdən birində 2019-cu il təvəllüdlü oğlan uşağının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Hazırda daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt