Bakıda Rusiya vətəndaşı dəm qazından boğularaq ölüb
Bakıda 37 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Leqal.info-nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, H.Aslanov qəsəbəsində qeyd edilib. Belə ki, Rusiya vətəndaşı, 1984-cü il təvəllüdlü Timoşevskaya Vera Valeryevna yaşadığı evdə hamam otağında paltar yuyarkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






