Jurnalist və hüquqşünas Əyyub Kərimov dəm qazından boğularaq ölüb, cinayət işi başlanıb
Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb.
Leqal.info-nun APA-ya istinadən məlumatına görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. ***15:26 Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov ölüb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ə. Kərimovun meyiti bu gün Nərimanov rayonunda yaşadığı mənzildə aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. |
XƏBƏR LENTİ
Bu gün, 08:57
Bu gün, 08:57
Bu gün, 08:57
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40