Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.
Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib. Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır. |
XƏBƏR LENTİ
Bu gün, 08:16
Bu gün, 08:13
Bu gün, 08:09
Bu gün, 08:00
Bu gün, 08:00







