Bakıda 19 yaşlı əsgər özünü türmədə güllələyib öldürdü

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

Leqal.info xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəsissəsində baş verib.

Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)скачать dle 10.6фильмы бесплатно
8-05-2020, 10:13
Baxıs: 34 816
Reyting: