Hərbçilərimiz minaya düşdü, biri polkovnik-leytenantdır

Azərbaycanda polkovnik-leytenant minaya düşüb.

Leqal.info xəbər verir ki, bu barədə Oxu.az Müdafiə Nazirliyindən məlumat əldə edib.

Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.

O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.

***

Leqal.info-nun məlumatına görə, daha 3 hərbçi Tərtər rayonunun Talış kəndi istiqamətində minaya düşüb. Onlar leytenant Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Elşad Orucov və Məhərrəm Ağayevdir.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar.

Polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
9-02-2021, 13:30
Baxıs: 47 018
Reyting: