Ermənistanda baş leytenant xidmət yoldaşını güllələdi

Ermənistanda baş leytenant xidmət yoldaşını yaralayıb.

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, N saylı hərbi hissənin baş leytenantı Q.M. silahla davranış qaydalarını pozaraq öz xidməti avtomatı ilə müddətdən artıq hərbi qulluqçu Armen Arutyunyana atəş açıb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia olunur.

Bud nahiyəsindən güllə yarası alan hərbi qulluqçu hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.скачать dle 10.6фильмы бесплатно
18-12-2018, 15:21
Baxıs: 34 144
Reyting: