Prezident Qubada yol tikintisinə 20 milyon manat ayırdı

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Leqal.info" xəbər verir ki, sərəncama əsasən, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.скачать dle 10.6фильмы бесплатно
15-05-2019, 18:00
Baxıs: 62 589
Reyting: