Beyləqanda yol tikintisinə 18 milyon 40 min manat ayrıldı

Prezident İlham Əliyev Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Leqal.info”nun məlumatına görə, sərəncama əsasən, iyirmi iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18, 04 milyon (on səkkiz milyon qırx min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.скачать dle 10.6фильмы бесплатно
31-10-2018, 18:08
Baxıs: 52 555
Reyting: