Azərbaycan Dünya Bankının İnsan kapitalı indeksində göstəricilərini artıra bilər

Azərbaycan Dünya Bankının İnsan kapitalı indeksində göstəricilərini artıra bilər.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə meneceri Cem Mete deyib.

Bank rəsmisi bildirib ki, Azərbaycanın göstəriciləri bu həcmli iqtisadiyyatı olan ölkələr üçün normaldır, Azərbaycanın potensialını və zəngin təbii ehtiyatlarını nəzərə alsaq, indeksdə mövqeyi yaxşılaşdırmaq olar.

C.Mete qeyd edib ki, Azərbaycan təhsil sahəsinə investisiyaları həm təhsilin daha da əlçatan olması, həm də təhsil keyfiyyətinin təkmilləşdirilməsi üçün artırmalıdır. Eyni zamanda sosial müdafiə sahəsinin inkişafını davam etdirmək lazımdır:

“Son on il ərzində Azərbaycan bir çox sahələrdə uğurlar qazanıb, amma ölkə hələ daha çox iş görməlidir. Bu təkcə Azərbaycana yox, digər ölkələrə də aiddir, çünki dünya texnoloji dəyişikliklərin astanasındadır”.

Xatırladaq ki, Dünya Bankının oktyabr ayında dərc olunmuş İnsan kapitalı indeksində Azərbaycan 157 ölkə arasında 69-cu yeri tutmuşdu.скачать dle 10.6фильмы бесплатно
19-12-2018, 16:55
Baxıs: 32 622
Reyting: