Mərkəzi Qan Bankının Bərdə bölməsinin müdirini maşın vuraraq öldürüb

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə şəhərinin Bakı prospektində qeydə alınıb.
Bərdə sakini İsmayıl Əsgər oğlu Cəlhani idarə etdiyi 90 GC 076 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə Mərkəzi Qan Bankının Bərdə bölməsinin müdiri İbrahim Muradovu vurub. O, aldığı xəsarətdən ölüb.
İ. Cəlhani saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
8-09-2017, 11:13
Baxıs: 634
Reyting: