Azərbaycanda dövlət müəssisələrinin qeyri-profilli aktivləri özəlləşdirilməlidir
Azərbaycanda dövlət müəssisələrinin restrukturizasiyasını və onların qeyri-profilli aktivlərinin özəlləşdirilməsini həyata keçirmək lazımdır.
Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. O bildirib ki, bir sıra dövlət müəssisələrinin kiçildilməsi lazımdır: “Bunun üçün bu müəssisələrin sağlamlaşdırılması həyata keçirilməlidir, daha sonra onların aktivindən qeyri-profilli müəssisələri çıxarmaq və özəlləşdirməyə çıxarmaq lazımdır. Ona görə də bizim əsas tapşırıqlarımızdan biri dövlət müəssisələrində qeyri-profilli aktivlərin müəyyənləşdirilməsidir”. Komitə sədrinin sözlərinə görə, bu dövlət müəssisələrinin fəaliyyətini əhəmiyyətli dərəcədə sağlamlaşdırmağa imkan verəcək: “Bu proses dövlət müəssisələrinin üzərinə düşən gərginliyi, dövlət büdcəsinin xərclərini azaltmağa imkan verəcək, bu isə öz növbəsində, dövlət müəssisələrinin daha sağlam fəaliyyətini təmin edəcək”. |
XƏBƏR LENTİ
Bu gün, 10:01
Bu gün, 10:00
Bu gün, 10:00
Bu gün, 10:00
Bu gün, 10:00
Bu gün, 10:00
Bu gün, 10:00
Bu gün, 10:00