Bakıdan Naxçıvana uçuşlar bu gün saat 06:00-da yerinə yetiriləcək - YENİLƏNİB

Bakıdan Naxçıvana uçuşlar bu gün saat 06:00-da yerinə yetiriləcək - YENİLƏNİB

“Azərbaycan Hava Yolları”nın əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana təxirə salınmış reysləri hava şəraiti yaxşılaşdığı təqdirdə iyunun 23-də saat 06:00-da yerinə yetiriləcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Reyslər:

J2-2251 (uçuş saatı 17:30),
J2-265 (uçuş saatı 18:00),
J2-261 (uçuş saatı 19:40),
J2-257 (uçuş saatı 21:30),

Bu marşrut üzrə təxirə salınmış digər reyslərin sərnişinlərinə uçuş saatı haqqında əlavə məlumat daha sonra veriləcək.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, eləcə də [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

23:32

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti “Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan istiqamətində uçuşlarının cədvəlinə təsir etməkdə davam edir.


Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti bildirib.

Qeyd edilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir.

Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunacaqlar.

Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.
скачать dle 10.6фильмы бесплатно
23-06-2023, 09:20
Baxıs: 85
Reyting: