Bu gündən xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiz

Bu gündən xaricdən gətirdiyiniz telefonlara görə cərimələnə bilərsiz

Bu gündən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bununla bağlı ötən aydan artıq Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir.
Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Lakin bugünədək müəyyən yayınma halları mövcud idi. Bu gündən isə bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində İMEİ qeydiyyatı həyata keçirilməyəcək.

Qeyd edək ki, ölkəyə gətirdiyiniz məhsul 800 dollardan baha olarsa, qiymətdən 800 dollar çıxmaqla yerdə qalan məbləğ üçün 36 faizədək rüsum ödənilicək.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək.

Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.скачать dle 10.6фильмы бесплатно
15-02-2023, 10:47
Baxıs: 142
Reyting: