Dünya bazarında neftin qiymətləri açıqlandı

Dünya birjalarında neftin qiymətləri açıqlanıb.

Leqal.info xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,73 dollar ucuzlaşaraq 63,89 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar artaraq, 61,55 dollar təşkil edib.

Azərbaycan neftinin qiymətinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti dəyişməyərək, 64 dollardan realizə olunub.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.скачать dle 10.6фильмы бесплатно
23-03-2021, 16:21
Baxıs: 42 848
Reyting: