Azərbaycan nefti bahalaşdı

Dünya birjalarında neft qiymətlərində fərqli dinamikalar müşahidə olunur.

Leqal.info xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar azalaraq, 55,34 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar ucuzlaşaraq, 52,41 dollar olub.

Azərbaycan neftinin qiymətində isə bahalaşma müşahidə edilib. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,72 dollar bahalaşaraq, 58,33 dollar təşkil edib.скачать dle 10.6фильмы бесплатно
28-01-2021, 15:19
Baxıs: 45 883
Reyting: