Şirzad Abdullayev İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edildi

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

“Leqal.info” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.скачать dle 10.6фильмы бесплатно
12-03-2020, 16:35
Baxıs: 53 975
Reyting: