Mərkəzi Bankın sabiq sədr müavini vergilər nazirinin müşaviri təyin olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sabiq sədr müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.
Leqal.info "APA-Economics"ə istinadən xəbər verir ki, bununla bağlı vergilər naziri Mikayıl Cabbarov əmr imzalayıb. X.Abdullayev özü “APA-Economics”ə faktı təsdiqləyib. O bildirib ki, gələn həftənin birinci günündən, yanvar ayının 8-dən vəzifəsinin icrasına başlayacaq. Xatırladaq ki, X.Abdullayev ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən öz xahişi ilə azad olunmuşdu. Qeyd edək ki, X. Abdullayev 1976-cı ildə Beyləqan rayonunda anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildən AMB-də Pul-kredit siyasəti departamentində aparıcı ekspert vəzifəsi ilə başlayıb. 2000-ci ilin avqust ayından AMB-nin Monetar siyasəti departamentinin baş iqtisadçısı, şöbə rəisi, departament direktoru vəzifələrində çalışıb. 2008-ci ildə ABŞ-ın "George Washington" universitetində "Fulbright" tədqiqat proqramı çərçivəsində ixtisaslaşmış təhsil alıb. 2008-ci ilin aprel ayından AMB-nin baş direktoru vəzifəsinin icraçısı təyin edilib. 2009-cu ilin iyul ayında baş direktor vəzifəsinə təsdiq edilib. 2010-cu ilin mart ayından Milli Məclisin qərarı ilə AMB-nin İdarə Heyətinin üzvü seçilib. 2010-cu ilin aprel ayında AMB sədrinin müavini vəzifəsinə təyin edilib. 2007-ci ilin fevral ayında bank sisteminin inkişafındakı xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 2015-ci ilin aprel ayından Milli Məclisin qərarı ilə AMB İdarə Heyətinin üzvü seçilib. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57