Azərbaycanda “ASAN imza” sertifikatları elektron şəkildə veriləcək
“Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90%-i elektron şəkildə dövlət qeydiyyatına alınıb”.
“Leqal.info” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib. Onun sözlərinə görə, bu göstərici iyul-sentyabr ayları üzrə 93% təşkil edib. Nazirlik rəsmisi onu da deyib ki, “ASAN imza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır: “Tezliklə sahibkarlar “ASAN Xidmət” mərkəzlərinə getmədən “ASAN imza” sertifikatı ala biləcəklər”. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































