Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > Azərbaycanda “ASAN imza” sertifikatları elektron şəkildə veriləcək

Azərbaycanda “ASAN imza” sertifikatları elektron şəkildə veriləcək


Tarix: 9-10-2019, 17:34. Müəllif: admin
“Bu il Azərbaycanda yeni vergi ödəyicilərinin 90%-i elektron şəkildə dövlət qeydiyyatına alınıb”.

“Leqal.info” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin rəhbəri Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, bu göstərici iyul-sentyabr ayları üzrə 93% təşkil edib.

Nazirlik rəsmisi onu da deyib ki, “ASAN imza” sertifikatlarının elektron şəkildə verilməsi üçün işlər aparılır: “Tezliklə sahibkarlar “ASAN Xidmət” mərkəzlərinə getmədən “ASAN imza” sertifikatı ala biləcəklər”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt