TƏBRİK edirik! "Viləş"klubun rəhbəri Şamil Əbilovun balaca kikboksçusu-İmran Məmmədovun ailəsində xoş gün...

TƏBRİK edirik! "Viləş"klubun rəhbəri Şamil Əbilovun balaca kikboksçusu-İmran Məmmədovun ailəsində xoş gün...


İş adamı Zamir Məmmədovun oğlu İmranın ad günüdür.

Bu münasibətlə atası Zamir müəllim, anası Aysel xanım, babası Yusif müəllim, nənəsi Şəfəq xanım, müəllimi Şamil Əbilov və Bakıda yaşayan qohumları-dayı,bibi və xalaları səmimi qəlbdən təbrik edir, Uca Tanrıdan İmrana hər zaman sağlam həyat, güclü, inamlı, cəsur və ədalətli olmağını diləyirlər.

Qeyd edək ki, İmran Məmmədov 24 fevral 2011-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Binəqədi rayonu 182 saylı məktəbin 6-cı sinifində təhsil alır. Dərs əlaçısı olan balaca qəhrəmanımız lap kiçik yaşlarından idmanın kikboksinq növü ilə məşğul olub. İmranın özünəməxsus uğurları var. O, yarışlarda əldə etdiyi uğurlara, göstərdiyi fəallıqlara görə müəllimi, Kikboksinq idman növü üzrə “Viləş”klubunun rəhbəri Şamil Əbilova minnətdardır.

Biz də media qrupu olaraq balaca idmançımız İmranı doğum günü münasibəti ilə təbrik edir, ona gələcək təhsil yollarında uğurlar arzu edirik!

Aybəniz ABDULOVA
AJB-nin üzvü,
Araşdırmaçı jurnalistскачать dle 10.6фильмы бесплатно
25-02-2023, 16:22
Baxıs: 414
Reyting: