Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Milli Ordunun giziri, şəhid Mübariz İbrahimovun doğum günüdür.

Xezerxeber.az-ın məlumatına görə, Mübariz Ağakərim oğlu İbrahimov 30 il əvvəl Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Mübarizin hələ məktəb illərində necə vətənpərvər, qürurlu, mərd olmasından onunla 11 il eyni sinifdə oxuyan yoldaşları danışıblar.

Şamil Tağıyev Milli Qəhrəman Mübariz İbrahimovun sinif yoldaşlarındın biridir. Onlar Əliabad kənd orta məktəbində ibtidai sinifdən məktəbi bitirənə kimi bir yerdə təhsil alıblar.

Şamil deyir ki, Mübariz uşaq yaşlarından fiziki görünüşcə digər sinif yoldaşlarından fəqlənsə də, xaraktertcə sakit olması ona çoxlu dostlar qazandırmışdı.

Milli Qəhrəmanın sinif yoldaşı deyir ki, Mübariz gününün əksər vaxtlarını idmana həsr edirdi. Məktəbdən sonra hətta sinif yoldaşlarını da evdə düzəltdiyi idman alətləri ilə məşq etməyə apararırdı. Ad günlərinin təntənəli şəkildə keçirlməsini xoşlamaz, kənddə keçirilən toy şənliklərdə isə təsadüfi hallarda iştirak edərdi.

Azərbaycanın xalqının yaddaşında əbədiyaşarlıq qazanmış, Milli Qəhramanın bu günkü doğum gününü kimlərsə qəbirüstü abidəsini, kimlərsə də onun doğulduğu Əliabad kəndindəki ev muzeyini ziyarət etməklə yad edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
7-02-2018, 20:44
Baxıs: 18 105
Reyting: