Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü turun digər oyunları keçiriləcək.

Mübarizə  C və D  qruplarında olacaq.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.

D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərinə aydınlıq gətirəcək. Fransa növbəti mərhələni özünə təmin edib. Digər üç komandanın isə pley-off şansları davam edir.

DÇ-2022

Qrup mərhələsi, III tur
30 noyabr
C qrupu

23:00. Polşa Argentina
23:00. Səudiyyə Ərəbistanı - Meksika
Xal durumu: Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1

D qrupu

19:00. Avstraliya - Danimarka
19:00. Tunis - Fransa

Xal durumu: Fransa - 6, Avstraliya - 3, Danimarka - 1, Tunis - 1

Qeyd edək ki, hələlik Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.скачать dle 10.6фильмы бесплатно
30-11-2022, 10:48
Baxıs: 333
Reyting: