Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək
Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcəkTarix: 30-11-2022, 10:48. Müəllif: admin2 |
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü turun digər oyunları keçiriləcək. Mübarizə C və D qruplarında olacaq. C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var. D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərinə aydınlıq gətirəcək. Fransa növbəti mərhələni özünə təmin edib. Digər üç komandanın isə pley-off şansları davam edir. DÇ-2022 Qrup mərhələsi, III tur 30 noyabr C qrupu 23:00. Polşa Argentina 23:00. Səudiyyə Ərəbistanı - Meksika Xal durumu: Polşa - 4, Argentina - 3, Səudiyyə Ərəbistanı - 3, Meksika - 1 D qrupu 19:00. Avstraliya - Danimarka 19:00. Tunis - Fransa Xal durumu: Fransa - 6, Avstraliya - 3, Danimarka - 1, Tunis - 1 Qeyd edək ki, hələlik Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib. Geri Qayıt |