Həbib koronavirusla bağlı ŞOK XƏBƏRİ paylaşdı

Dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədov koronavirusa yoluxan atası və müəllimi Əbdülmanap Nurməhəmmədovun vəziyyəti haqqında üzücü xəbəri paylaşıb.

Leqal.info xəbər verir ki, məşhur döyüşçü atasının durumunun kritik olduğunu bildirib.
Həbib koronavirusla bağlı ŞOK XƏBƏRİ paylaşdı

Sosial media hesabından açıqlama verən Nurməhəmmədov atasının hələ də xəstəxanada olduğunu yazıb: “Virus ürəyinə pis təsir edib. Çünki ötən il ürəyindən əməliyyat olmuşdu. Daha bir əməliyyat da etdilər. Çox pis vəziyyətdədir. Allaha onu bizə geri gətirməsi üçün dua edirik”.

O, ailəsində 20-dən çox insanın infeksiyaya yoluxduğunu qeyd edib: “20-dən çox qohumum reanimasiyada idi. İndi bir çoxu həyatda deyil. Bir çox dostumuzu itirdik. Hər kəs üçün çətin zamandır”.скачать dle 10.6фильмы бесплатно
19-05-2020, 22:19
Baxıs: 22 325
Reyting: