Seninem.Az > İdman > Həbib koronavirusla bağlı ŞOK XƏBƏRİ paylaşdı
Həbib koronavirusla bağlı ŞOK XƏBƏRİ paylaşdıTarix: 19-05-2020, 22:19. Müəllif: admin |
|
Dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədov koronavirusa yoluxan atası və müəllimi Əbdülmanap Nurməhəmmədovun vəziyyəti haqqında üzücü xəbəri paylaşıb. Leqal.info xəbər verir ki, məşhur döyüşçü atasının durumunun kritik olduğunu bildirib. ![]() Sosial media hesabından açıqlama verən Nurməhəmmədov atasının hələ də xəstəxanada olduğunu yazıb: “Virus ürəyinə pis təsir edib. Çünki ötən il ürəyindən əməliyyat olmuşdu. Daha bir əməliyyat da etdilər. Çox pis vəziyyətdədir. Allaha onu bizə geri gətirməsi üçün dua edirik”. O, ailəsində 20-dən çox insanın infeksiyaya yoluxduğunu qeyd edib: “20-dən çox qohumum reanimasiyada idi. İndi bir çoxu həyatda deyil. Bir çox dostumuzu itirdik. Hər kəs üçün çətin zamandır”. Geri Qayıt |