Akif Çovdarovla birgə həbsdə olan keçmiş şöbə rəisinin müraciəti

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbsdə olan keçmiş şöbə rəisi Orxan Osmanov məhkəməyə müraciət edib.

Leqal.info-nun “Report”a istinadən məlumatına görə, Xəzər Rayon Məhkəməsinə müraciət edən məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyib.

Məhkəmə onun ərizəsini təmin etməyib.

Daha sonra O.Osmanov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il və O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, A.Çovdarov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib.скачать dle 10.6фильмы бесплатно
28-05-2019, 12:14
Baxıs: 52 791
Reyting: