DTX-nin həbs etdiyi “reket” baş redaktor məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə İ.Rəhimov özünü təqsirli bilmədiyini deyib.

Daha sonra o, sərbəst ifadə verib. “Realliq.info” saytını 2016-cı ildə təsis etdiyi deyən İ.Rəhimov heç bir ittihamı qəbul etmədiyini söyləyib.

Təqsirləndirilən şəxs deyib ki, onun adından yayılan səs yazısı montajdır: "Mən cinayət işində adı keçən şəxslərlə bağlı yazılara görə adını çəkmək istəmədiyim sayt rəhbərlərinə xahiş etmişəm".

Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb.

Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində 6 zərərçəkmiş var.скачать dle 10.6фильмы бесплатно
27-03-2019, 12:46
Baxıs: 63 017
Reyting: