Rusiya səfiri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanda filialının açılması barədə
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanda filialının açılması prosesi irəliləyir.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib. O bildirib ki, hazırda filialın açılması ilə bağlı İnstitutla Azərbaycan tərəfi arasında danışıqlar davam etdirilir: “Bu məsələ irəliləyir. Digər iki universitet də bunun üçün müraciət edib. Hələ qarşıda birbaşa danışıqlar prosesi olacaq. Ümid edirik ki, 2019-cu ildə digər iki universitetlə də bağlı irəliləyişlər olacaq”. Qeyd edək ki, bir müddət əvvəl Mixail Boçarnikov Azərbaycanda 3 Rusiya universitetinin - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarının açılacağını demişdi. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






