Seninem.Az > Gündəm / Manşet Yuxarı > Rusiya səfiri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanda filialının açılması barədə

Rusiya səfiri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanda filialının açılması barədə


Tarix: 24-12-2018, 16:12. Müəllif: admin
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanda filialının açılması prosesi irəliləyir.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

O bildirib ki, hazırda filialın açılması ilə bağlı İnstitutla Azərbaycan tərəfi arasında danışıqlar davam etdirilir:

“Bu məsələ irəliləyir. Digər iki universitet də bunun üçün müraciət edib. Hələ qarşıda birbaşa danışıqlar prosesi olacaq. Ümid edirik ki, 2019-cu ildə digər iki universitetlə də bağlı irəliləyişlər olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Mixail Boçarnikov Azərbaycanda 3 Rusiya universitetinin - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarının açılacağını demişdi.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt